Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkarlanıb

Penitensiar müəssisələrdə qadağan olunmuş əşyalar aşkarlanıb
# 11 fevral 2014 08:47 (UTC +04:00)

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda Bakı Apelyasiya Məhkəməsinin hesabında olan Ceyhun Fərman oğlu Babayevin üzərinə və kamerasına baxış keçirilən zaman kameranın nəfəslik borusunda gizlətdiyi 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Pünhan Mustafa oğlu Mustafayevin üzərinə və kamerasına baxış keçirilən zaman əynində olan şalvarın cibindən şəffaf sellofana bükülmüş 5 ədəd “Fenezepam”, şəffaf sellofana bükülmüş 6 ədəd “Baralqin” və 7 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, hazırkı işi üzrə Gürcüstan Respublikasının daxili işlər orqanlarında istintaq olunan və Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü bəndi ilə təqsirli bilinərək həbs edilmiş Əli Ziyadxan oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş Elnur Çingiz oğlu Qədirovun gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman şalvarının cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 237.2.1; 237.2.3 və 93.1.4 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Rza Məmmədağa oğlu Nəcəfovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibindən “Classic” siqaret qutusunun içində gizlətdiyi 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Ramid Mislim oğlu Əzizovun üzərinə baxış keçirilən zaman əynindəki gödəkcənin cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR