Şəkidə sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Şəkidə sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib
# 12 aprel 2014 22:34 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən ağır yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 34-cü kilometrliyində, Şəki rayonu Dəhnə kəndi ərazisindən keçən hissəsində baş verib. 1963-cü il təvəllüdlü, Şəki rayonu Böyük Dəhnə kənd sakini Asiman Cavanşir oğlu Hacıbabayev idarə etdiyi “Hyundai Elantra” markalı, 55 BJ 769 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı çuxura aşırıb. Baş vermiş qəza nəticəsində Asiman Hacıbabayev aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR