İran, BMT və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb

İran, BMT və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb
# 06 may 2014 14:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran, BMT və Yaponiya arasında Urmiya gölünün bərpası məqsədilə müqavilə imzalanıb.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, mayın 5-də BMT-nin Tehrandakı ofisində İran Ərtraf Mühitin Mühafizəsi İdarəsinin sədri, vitse-prezident Məsumə Ebtekarla BMT İnkişaf Proqramı (UNDEP) və Yaponiya hökumətinin nümayəndələri arasında bağlanmış sazişə əsasən rəsmi Tokio bu məqsədlə bir milyon dollar ayırıb. Layihənin 2015-ci ilin fevralınadək başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. İran rəsmiləri hazırda hövzənin yalnız 7 faizində su qaldığını və 8 milyard ton duz olduğunu bildirirlər. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR