Prezident İlham Əliyev Finlandiyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev Finlandiyanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
# 15 noyabr 2013 13:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Finlandiya Respublikasının yeni təyin olunmuş səfiri Krister Mikelssonun etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, xalqlar arasında uzun tarixi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişafından məmnunluğunu bildirib. Finlandiya prezidentinin Azərbaycana, özünün isə Finlandiyaya səfərlərinə toxunan İ. Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. O, Azərbaycanla Finlandiya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük imkanların olduğunu vurğulayıb.

Səfir K. Mikelsson isə ölkəsinin Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan səfir əlaqələrin inkişaf etdirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Finlandiyalı diplomat Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR