Malidə fransalı jurnalistlərin öldürülməsinə görə məsuliyyəti “Əl-Qaidə” öz üzərinə götürüb

Malidə fransalı jurnalistlərin öldürülməsinə görə məsuliyyəti “Əl-Qaidə” öz üzərinə götürüb
# 07 noyabr 2013 02:17 (UTC +04:00)

Bakı-APA. “İslam Maqribindəki “Əl-Qaidə” terror təşkilatı keçən həftə iki fransız jurnalistinin oğurlanaraq öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, RFİ radiosunun əməkdaşları - 55 yaşlı Klod Verlon və 57 yaşlı Qilen Düpon şənbə günü Malinin Kidal şəhərində oğurlanıblar, bir müddət sonra isə onların öldürüldüyü məlum olub.

“Frans Press” agentliyinin yaydığı məlumata görə, Fransa hərbçiləri artıq 5 nəfəri şübhəli şəxs qismində saxlayıblar.

Terrorçuların bəyanatında isə deyilir ki, bu əməliyyat Fransanın Mali xalqına, eyni zamanda, Afrika və beynəlxalq qüvvələrinin müsəlman Azavadına (Malinin şimalı) qarşı törətdikləri cinayətkarlıqlara cavabdır.

Qeyd edək ki, Malidə böhran Liviyada Müəmar Qəddafinin 2011-ci ildə devrilməsindən sonra başlayıb. Bu zaman Mali ərazisinə keçmiş tuareq tayfalarından olan qaçqınlar burada Azavad dövlətinin yarandığını elan edib. Sonra tuareqlərin nəzarətində olan ərazilər ekstremistlərin əlinə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR