Bakıda “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçirilir - FOTOSESSİYA

Bakıda “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 11 dekabr 2014 07:22 (UTC +04:00)

APA-nın xəbərinə görə, konfrans Azərbaycan Mətbuat Şurası, Azərbaycan prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəliklərinin birgə təşkilatçılığı ilə baş tutub.


Tədbir Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Üç iclasdan ibarət olacaq konfransda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİV rəhbərləri, ekspertlər iştirak edir. Tədbirə TRT-nin baş direktoru Şenol Göka, Türkiyə Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Əli Günəş, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Afşar, «haber7.com» saytının rəhbəri İbrahim Ərdoğan və digər şəxslər qatılıblar.


Qeyd edək ki, konfrans çərçivəsində Türkiyədən gələn media nümayəndələrinin ölkəmizin telekanallarında proqramlara qatılması, Quba məzarlığını ziyarəti, Bakı Dövlət Universitetində və Bakı Slavyan Universitetində tələbələrlə görüşü də gerçəkləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR