Gəncədə mağazadan xeyli sayda kompüter oğurlanıb

Gəncədə mağazadan xeyli sayda kompüter oğurlanıb
# 10 dekabr 2013 08:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə mağazadan xeyli sayda kompüter oğurlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Rəşid Zeynalov polisə müraciət edərək bildirib ki, ona məxsus kompüter mağazasından oğurluq edilib. Araşdırma zamanı məlum olub ki, naməlum şəxs və ya şəxslər Gəncə şəhər Şah İsmayıl Xətai Prospektində yerləşən Rəşid Zeynalova məxsus olan mağazaya girərək oradan 20 ədəd müxtəlif çeşidli 5735 manat dəyərində olan kompüter və bir neçə planşet oğurlayıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR