Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin mühafizəsini təşkil edənlərə xüsusi güzəştlər tətbiq olunacaq

Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin mühafizəsini təşkil edənlərə xüsusi güzəştlər tətbiq olunacaq
# 31 oktyabr 2013 08:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsi ilə bağlı qanunvericiliyə dəyişikliklər edilir. Milli Məclisin Sosial siyasət komitəsindən APA-ya verilən məlumata görə, bununla bağlı “Sosial sığorta haqqında” qanunun 15-ci maddəsinə dəyişiklik nəzərdə tutulub.

Dəyişikliyə əsasən mühafizəsi zəruri hesab edilən Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların aldığı əməkhaqqından dövlət sosial sığorta haqqı hesablanmayacaq. Yəni onların əmək haqqından sosial sığorta haqqı tutulmayacaq və bu, dövlət hesabına həyata keçiriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR