Çevik Polis Alayında Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Çevik Polis Alayında Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
# 12 dekabr 2013 16:07 (UTC +04:00)

Bakı - APA. Dekabrın 12-də Çevik Polis Alayında Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Naziri respublikanın hər yerində, eləcə də onun hüdudlarından kənarda Heydər Əliyevin vəfatının 10-cu ildönümünə həsr olunmuş anım tədbirlərinin keçirildiyini qeyd edib, bütün bunların ulu öndərin şəxsiyyətinə və möhtəşəm fəaliyyətinə böyük hörmət və ehtiramın əyani göstəricisi olduğunu vurğulayıb.

Daha sonra R. Usubov H. Əliyevin ömür yoluna, zəngin dövlətçilik fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib.

Nazir H. Əliyev siyasi kursu və onun müəllifi olduğu milli inkişaf strategiyasının onun varisi, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinin üzərlərinə düşən məsul vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR