Azərbaycanda bir sıra şirkətlərə ərazi planlaşdırması üçün lisenziya verilib

Azərbaycanda bir sıra şirkətlərə ərazi planlaşdırması üçün lisenziya verilib
# 17 mart 2014 11:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda müfəssəl plan layihələrinin hazırlanması Şəhərsalma və Tikinti Məcəlləsi və dövlət başçısının fərmanına əsasən yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin sifarişi əsasında həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən (DŞAK) «APA-Economics»ə verilən məlumata görə, ərazi planlaşdırma layihələrinin, o cümlədən müfəssəl plan layihələrinin işlənilməsi üzrə DŞAK tərəfindən bir sıra layihəçilərə xüsusi razılıq (lisenziya) verilib.

Məlumata görə, lisenziya alan şirkətlər «Azərmemarlayihə» Dövlət Baş Layihə İnstitutu, Bakı Dövlət Layihə İnstitutu, «Azərinşaatlayihə» DBLKTİ, «Azərdövlətlayihə» Dövlət Baş Layihə İnstitutu, «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu, «EL & EN», «AZIX», «Arxikod Memarlıq, İnşaat və Dizayn», «Renessans Studio» şirkətləri, «ANA-KENT Planlama Yapı Yatırım Teknoloji Danışmanlıq Turizm Enerji Sanayi» şirkətinin Azərbaycandakı filialı, Azərbaycan Memarlar İttifaqı «NOVKO» III Yaradıcılıq İB, «DAR Mühendislik Müşavirlik A.S.» (Türkiyə), «İntegris», «R.İ.S.K.» Elmi-İstehsalat Şirkəti, «Archi Luxe» və «DATUM» şirkətləri yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR