Azərbaycan ərazisində güclü külək martın 23-dək davam edəcək - YENİLƏNİB

Azərbaycan ərazisində güclü külək martın 23-dək davam edəcək  - <span style="color: red;">YENİLƏNİB
# 18 mart 2014 09:58 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 19-da bəzi cənub və qərb rayonlarında az yağıntı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, güclü qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Martın 23-dək ölkə ərazisində güclü küləkli hava şəraiti üstünlük təşkil edəcək. Cənub küləyi tez-tez cşimal-qərb küləyi ilə əvəz olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR