Bakıda “Yunona və Avos” rok-operası nümayiş olunacaq

Bakıda “Yunona və Avos” rok-operası nümayiş olunacaq
# 27 yanvar 2014 19:11 (UTC +04:00)

Heydər Əliyev Sarayından APA-ya verilən məlumata görə, Rusiya və Avropada məşhur olan kollektivin Bakıya ilk qastrol səfəridir: “Yunona və Avos” rok-operası Rusiya Federasiyasının xalq artisti, bəstəkar Aleksey Rıbnikovun rəhbərlik etdiyi teatrın müəllif versiyasıdır. Aleksey Rıbnikovun müəllif versiyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu rok-opera dünya musiqili teatr tarixində ən böyük nailiyyətlərdən hesab olunur.

Rus dini musiqisi, xalq folkloru, kütləvi “şəhər musiqisinin” janrları, modern musiqi nümunələri ilə bəstəkarın ideya-estetik prioritetlərinin vəhdətindən yaranan rok-operanın yeni versiyasında əsas amil Aleksey Rıbnikovun musiqisidir.

Qeyd edək ki, Aleksey Rıbnikovun teatrının quruluşunda “Yunona və Avos” rok-operası Rusiyada, Ukraynada, Qazaxıstanda, Fransada, İsraildə və digər ölkələrdə nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR