Bakı-Qazax magistralında qəza baş verib, ölən və yaralananlar var - VİDEO

Bakı-Qazax magistralında qəza baş verib, ölən və yaralananlar var - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 11:58 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz rayonunun Qovlar şəhəri ərazisində qeydə alınıb. Qovlar şəhər sakini, 1989-cu il təvəllüdlü Mahir Rzayevin idarə etdiyi “KİA” markalı avtomobillə, Tovuz rayon Düz Qırıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Gülnarə Mehdiyevanın idarə etdiyi “VAZ 2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində “KİA”-da olan 2 sərnişin və sürücü, “VAZ 2107” markalı avtomobildə olan 2 sərnişin xəsarət alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ağır bədən xəsarəti alan, “KİA”-nın sərnişini, 21 yaşlı Kamran Yadigarov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR