Putinin Ermənistan səfərinin proqramı məlum olub

Putinin Ermənistan səfərinin proqramı məlum olub
# 27 noyabr 2013 12:57 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Putin III Rusiya-Ermənistan Regionlararası Forumuna qatılacaq və 102-ci hərbi bazanı ziyarət edəcək.

Kremlin mətbuat xidmətindən bildirilib ki, iki ölkə arasında yüksək səviyyəli danışıqlar keçiriləcək. Tərəflər ikitərəfli əməkdaşlığın vacib məsələlərini, o cümlədən iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlığı müzakirə edəcəklər. Serj Sarkisyanın sentyabrın 3-də Rusiyaya səfəri zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsi, Ermənistanın Gömrük İttifaqına qoşulması yolunda sonrakı addımlar da müzakirə olunacaq.

Səfərin yekunları əsasında bir sıra sənədlər imzalanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR