Pakistanla sərhəddə İranın 5 sərhədçisi girov götürülüb

Pakistanla sərhəddə İranın 5 sərhədçisi girov götürülüb
# 10 fevral 2014 07:03 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, hadisə fevralın 7-də baş versə də, məlumat yeni yayılıb.

İranın Pakistanla sərhəd Sistan və Bəlucistan vilayətinin Cəkigir bölgəsində 5 sərhədçi itkin düşüb. Hadisədən dərhal sonra araşdırmalara başlanıb. Bir müddət sonra İran bəluclarının hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyşül Ədl” qruplaşması hadisənin məsuliyyətini öz üzərinə götürüb.

Bölgədə silahlı toqquşmanın baş verib-vermədiyi ilə bağlı heç bir məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR