Nigeriyada terror təhlükəsi təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub

Nigeriyada terror təhlükəsi təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub
# 01 oktyabr 2013 04:24 (UTC +04:00)

Bakı-APA. Nigeriya hökuməti ölkənin təhsil müəssisələrində təhlükəsizlik tədbirlərini gücləndirib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, müvafiq qərar “Boko Haram” radikal islam qruplaşması üzvlərinin kollecin yataqxanasına hücumundan sonra qəbul edilib.

Qeyd edək ki, yataqxanaya hücum zamanı 50-dək adam ölüb.

Radikal islamçıların hücumu Nigeriyada fövqəladə vəziyyətin elan edilməsi və “Boko Haram” qruplaşmasına qarşı hərbi əməliyyatların effektivliyi ilə bağlı sualların yaranmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR