Avropa Birliyi Ukrayna nümayəndə heyətini qəbul etməkdən imtina edib

Avropa Birliyi Ukrayna nümayəndə heyətini qəbul etməkdən imtina edib
# 03 dekabr 2013 22:50 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlama verən AB diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Maya Kosyançiç qeyd edib ki, səfərin tarixi diplomatik kanallarla razılaşdırılacaq.

“Biz Ukrayna nümayəndə heyətinin dekabrın 4-nə Brüsselə planlaşdırdığı səfərini təsdiqləmirik. Səfərin tarixi və təfərrüatları adi diplomatik kanallarla razılaşdırılacaq və razılaşdırıldıqdan sonra elan ediləcək”, deyə Kosyançiç vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukraynanın baş naziri Nikolay Azarov bildirib ki, Ukrayna nümayəndə heyəti avrointeqrasiya məsələləri ilə bağlı danışıqların aparılması üçün dekabrın 4-də Brüsselə yola düşəcək, digər nümayəndə heyəti isə Moskvaya yollanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR