Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
# 24 yanvar 2014 13:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

APA-nın məlumatına görə, Arif Rəhimzadənin sədrliyi ilə keçirilən iclasda komitənin ötən il gördüyü işlər barədə qısa məlumat verilib.

Daha sonra “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”yə texniki dəyişikliklər müzakirə edilib və plenar iclasa tövsiyə olunub.

İclasda “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi də müzakirə olunub. Layihəyə əsasən, Xəzər rayonu ərazisindən 3200 ha ərazi ayrılaraq Pirallahı rayonuna birləşdirilib. Layihə səsə qoyularaq plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR