Müxtəlif universitetlərdə oxuyan 1000 tələbə Tahir Salahovun fərdi sərgisində iştirak edəcək

Müxtəlif universitetlərdə oxuyan 1000 tələbə Tahir Salahovun fərdi sərgisində iştirak edəcək
# 29 oktyabr 2013 16:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə ölkənin müxtəlif universitetlərində oxuyan 1000 tələbə Azərbaycanın xalq rəssamı Tahir Salahovun Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Əsrlərin qovşağında” adlı fərdi sərgisində iştirak edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, tələbələrin sərgi ilə tanışlığına artıq start verilib.

Təhsil Nazirliyi tələbələrin yüksək estetik və fəlsəfi-bədii zövqünün formalaşmasına ciddi təsir göstərən bu cür təşəbbüsləri gələcəkdə daha da genişləndirəcək. Xüsusilə də Heydər Əliyev Mərkəzində baş tutan bu tədbir tələbələrə müasir memarlıq incisi sayılan mərkəzin zəngin interyer kompozisiyası ilə də tanış olmaq imkanı yaradacaq.

Qeyd edək ki, ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış sərgi noyabrın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR