SAM-ın şöbə müdiri BMT-nin sessiyasında məruzə edəcək

SAM-ın şöbə müdiri BMT-nin sessiyasında məruzə edəcək
# 29 noyabr 2013 06:32 (UTC +04:00)

Bakı – APA. Dekabrın 2-7-də Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, assoc. prof. Vüsal Qasımlı BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) baş direktoru Li Yongun dəvəti ilə Perunun paytaxtı Lima şəhərinə səfər edəcək. SAM-dan APA-ya verilən məlumata görə, V. Qasımlı səfər zamanı BMT-nin Sənaye İnkişafı Təşkilatının "Yeni sənaye inqilabi və davamlı inkişaf üzrə əməkdaşlıq" mövzusunda 15-ci sessiyasında iştirak edəcək. Onun sessiyada regionlararası debatda "İqtisadi diversifikasiya və sənaye siyasəti" mövzusunda məruzə ilə çıxış etməsi nəzərdə tutulub.

Debatda V. Qasımlı ilə yanaşı, Perunun istehsal naziri Gladys Triveno Chan, Malayziyadan Fadzilah Ahmad Din, Norveçin Christian Michelson İnstitutunun alimi Dr. Arne Wiig, İslandiya Universitetinin professoru Thorvaldur Gylfason, Microsoftun Latın Amerikası üzrə vitse-prezidenti Barry Ridgway iştirak edəcək.

BMT-nin Sənaye İnkişafı Təşkilatının "Yeni sənaye inqilabı və davamlı inkişaf üzrə əməkdaşlıq" mövzusunda olan 15-ci sessiyasında bir sıra ölkələrin prezidentləri, baş nazirləri və nazirləri, habelə yüksək səviyyəli biznes və akademik dairələrin nümayəndələrinin iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR