Kiyevdə milislilərlə müxalifət qüvvələri arasında baş verən toqquşmalarda 200-dən çox insan xəsarət alıb

 Kiyevdə milislilərlə müxalifət qüvvələri arasında baş verən toqquşmalarda 200-dən çox insan xəsarət alıb
# 20 yanvar 2014 10:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Ukrayna DİN və Kiyev meriyasının məlumatlarında bildirilir.

Şəhər icra hakimiyyətindən bildirilib ki, yanvarın 20-ə olan məlumata görə, aksiyalar zamanı xəsarət alan 103 nəfər təcili tibbi yardıma müraciət edib, onlardan 42 nəfəri xəstəxanaya yerləşdirilib. Dörd nəfərin xəsarəti ağırdır.

DİN bildirilib ki, toqquşmalarda hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı xəsarət alıb, onlardan 61-i xəstəxanalara yerləşdirilib.

Ukrayna mətbuatının yazdığına görə, toqquşmalar hələ də davam edir.

Etirazçılar hüquq-mühafizə orqanların əməkdaşlarına daş, yandırıcı maddələrlə doldurulmuş şüşələri atırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR