Litvada 28 may - Cümhuriyyət bayramı qeyd olunub - FOTO

Litvada 28 may - Cümhuriyyət bayramı qeyd olunub - <span style="color: red;">FOTO
# 29 may 2014 08:12 (UTC +04:00)

Bakı – APA. Mayın 27-də Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Vilnüs şəhərinin mərkəzində yerləşən “Pirkliu” Biznes Mərkəzinin “Merkurius” zalında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Litva Seyminin vitse-spikeri Alqirdas Sisas, müdafiə naziri Yozas Olekas, nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkyaviçüs, Seymin komitə sədrləri və deputatları, baş nazirin müşavirləri, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun və GUAM-a üzv ölkələrin ərazi bütövlüyü üzrə parlament qrupunun sədrləri və üzvləri, xarici işlər nazirinin müavini və idarə rəisləri, Vilnüs və Edukologiya universitetlərinin rektorları, Vilnüs Universitetinin Türkologiya fakültəsinin müəllim və tələbə heyəti, Litvanın ictimai-siyasi xadimləri, yerli KİV nümayəndələri, Litvada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər.

Hər iki dövlətin himni səsləndirildikdən sonra səfir Həsən Məmmədzadə çıxış edib.

Azərbaycandan gəlmiş “Qədim Şərq” muğam ansamblı konsert proqramı ilə çıxış edib və onların ifası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda qonaqlar üçün ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR