İmişlidə 10 otaqlı ev yanıb, iki nəfər xəsarət alıb - VİDEO

İmişlidə 10 otaqlı ev yanıb, iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 11 may 2014 12:56 (UTC +04:00)

Bakı – APA. İmişli rayonunda yanğın baş verib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, İmişli rayonu Qaradonlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 400 kv.m olan ikimərtəbəli (hər mərtəbəsi 200 kv.m) 10 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m, 8 otağın yanar konstruksiyaları və ev əşyaları 350 kv.m sahədə yanıb.

Yanğın zamanı 2 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR