Ukraynanın Azərbaycandakı səfiri: “Biz Rusiyanın Ukraynaya qarşı açıq təcavüzünün şahidi olduq” - VİDEO

Ukraynanın Azərbaycandakı səfiri: “Biz Rusiyanın Ukraynaya qarşı açıq təcavüzünün şahidi olduq” - <span style="color: red;">VİDEO
# 17 mart 2014 12:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

O qeyd edib ki, Ukraynanın Konstitusiya Məhkəməsi və Ali Radası Krımda keçirilən referendumun nəticələrini tanımır.

“Rusiya dünyaya güc siyasətini təklif edir. Yəni, əgər sən nüvə silahına maliksənsə, nə istəsən edə bilərsən. Biz Ukraynanın əvvəlki iqtidarınının yürütdüyü siyasət sayəsində ərazilərin qoparılmasının şahidi olduq. Şimali Koreya və Suriya istisna olmaqla, dünyanın heç bir ölkəsi Rusiyanın siyasətini dəstəkləmədi”, - deyə səfir vurğulayıb.

Kremlin siyasətini faşist siyasəti adlandıran A.Mişenko qeyd edib ki, Rusiya mətbuatı Ukraynada milli azlıqların hüquqlarının pozulması ilə bağlı əsassız məlumatlar yaymaqla ictimaiyyəti çaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR