Şamaxıda 6 otaqlı ev yanıb - VİDEO

Şamaxıda 6 otaqlı ev yanıb - <span style="color: red;">VİDEO
# 17 iyun 2014 19:12 (UTC +04:00)

Bakı-APA. Şamaxıda bu gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsində 2 otağın tavanı 14 kv.m, 2-ci mərtəbədə isə 2 otağın tavanı 35 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR