«Azerfon» şirkəti gələn il əsas göstəricilərinin 25% artacağını proqnozlaşdırır - YENİLƏNİB

«Azerfon» şirkəti gələn il əsas göstəricilərinin 25% artacağını proqnozlaşdırır - <span style="color: red;">YENİLƏNİB
# 11 dekabr 2013 12:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) abunəçilərinin sayı ötən ilin ortalarından indiyədək 25% artıb. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şirkətin təşkil etdiyi «Media Club» toplantısında «Azerfon»un baş icraçı direktoru Kent Maknili bildirib: «Şirkətin abunəçi bazası, həmçinin gəlirlərinin artımı yaxşı səviyyədədir. Lakin «Azerfon» bununla kifayətlənməyəcək və həm abunəçilərin sayının, həm də gəlirlərin gələn il daha 25% artacağı gözlənilir».

Bununla yanaşı, K.Maknili qeyd edib ki, şirkət müxtəlif layihələrə də böyük miqdarda maliyyə vəsaiti yatırır və bu işləri davam etdirəcək.

K.Maknili əlavə edib ki, «Azerfon» şirkəti artıq 2014-cü ilin I rübündə 4G texnologiyasının tətbiqinə başlayacaq: «Eyni zamanda gələn ilin ilk üç ayı ərzində Mobil Nömrələrin Daşınması (MNP) sistemini tətbiq etməyi düşünürük. Bu sistemin tətbiqi zamanı tariflərdə kiçik dəyişikliklərin ola biləcəyini deyə bilərəm».

Qeyd edək ki, «Azerfon» şirkəti hazırda innovasiya mərkəzinin yaradılması istiqamətində işləyir. Bu yaxınlarda məsələ ilə bağlı xüsusi görüş keçirilib və danışıqlar davam edir. Yaxın vaxtlarda yeni innovasiya mərkəzi haqqında ətraflı açıqlama veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR