Beynəlxalq Ailə günü ərəfəsində "Ailə Bayramı” keçirilib - FOTO

Beynəlxalq Ailə günü ərəfəsində "Ailə Bayramı” keçirilib - <span style="color: red;">FOTO
# 15 may 2014 11:03 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova-APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Beynəlxalq Ailə Günü” ərəfəsində növbəti “Ailə Bayramı” keçirib.

APA-nın verdiyi xəbərə görə, ənənə halını almış bayrama 4 nominasiya üzrə (“bacarıqlı əllər”, “milli mətbəx”, ”yaradıcı ailə”, “nümunəvi ailə”) şəhər və rayon icra hakimiyyətləri tərəfindən seçilmiş ailələr iştirakçı qismində qatılıb.

Bayram tədbiri zamanı müxtəlif mövzuları əks etdirən guşələr iştirakçıların istifadəsinə verilib. Guşələrdə iştirakçı ailələr müxtəlif mövzular üzrə ekspertlərin (psixoloq, həkim, hüquqşünas, yaşlı nəslin nümayəndəsi) mühazirələrini, faydalı məsləhətlərini dinləyə, onları maraqlandıran sualları ekspertlərə ünvanlayıblar. Bununla yanaşı, bayramda müxtəlif sərgilərlə tanışlıq, bölgələrin milli-mətbəxini əks etdirən milli xörəklərin, qədim peşə sahələrindən olan əl işlərinin hazırlanması nümayiş edilib.

Bayrama qonaq qismində ictimaiyyətin tanınmış xadimləri, ekspertlər, xarici ölkələrin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri qatılıb.

Sonda iştirakçı ailələrə Komitə tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bayram münasibətilə bütün ailələri təbrik edib. O, bildirib ki, Beynəlxalq Ailə Gününün qeyd olunması artıq ölkəmizdə ənənəyə çevrilib: “Biz komitə olaraq, bu ümumrespublika bayramını hər il bir rayonda təşkil edirik. Bu günkü bayramımızda da Azərbaycanın bütün rayonları təmsil olunur”.

H. Hüseynova deyib ki, hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR