UNESCO-nun mənzil-qərargahında Azərbaycan mətbəxi həftəsi başlayıb - FOTO

UNESCO-nun mənzil-qərargahında Azərbaycan mətbəxi həftəsi başlayıb - <span style="color: red;">FOTO
# 04 iyun 2014 13:02 (UTC +04:00)

Bakı – APA. İyunun 2-də UNESCO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi başlayıb.

XİN-in mətbuat xidmətindən APA-ya bildiriblər ki, Azərbaycan-UNESCO əməkdaşlığına müsbət töhfə verən bir sıra mühüm və əlamətdar tədbirlərin davamı olan və bir həftə boyu davam edən Azərbaycan mətbəxi həftəsinin Azərbaycanın mənsub olduğu qədim mətbəx mədəniyyətinin UNESCO kimi mötəbər bir qurumda təbliği mədəni və siyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 5-ci sessiyasının iclasları ilə eyni vaxta təsadüf edən tədbirin ilk günü böyük uğurla başa çatıb. UNESCO-nun əməkdaşları və UNESCO-da təmsil olunan müxtəlif millətlərin nümayəndələri tərəfindən azərbaycanlı aşpazların hazırladığı ləziz təamlara böyük maraq göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR