Çində ilk dəfə hipersəsli raketin sınağı keçirilib

Çində ilk dəfə hipersəsli raketin sınağı keçirilib
# 14 yanvar 2014 13:01 (UTC +04:00)

Bakı – APA. Çin hərbçiləri ilk dəfə hipersəsli raketin sınağını keçirib.

APA – nın məlumatına görə, bu barədə “Washington Free Beacon” nəşri Pentaqon nümayəndələrinə istinadən xəbər yayıb.

Həmin raket ABŞ-ın Raket Əleyhinə Müdafiə sistemini yara bilir.

Raketin sınaqları yanvarın 9-da keçirilsə də, ABŞ hərbçiləri yalnız indi bu barədə bilgi əldə edə bilib.

Ballistik raketin hipersəsli hissəsi 100 km hündürlükdə raketdən ayrılır və hədəfə doğru səs sürətindən 10 dəfə artıq sürətlə irəliləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR