Gürcüstanda 28 yaşlı azərbaycanlı güllələnib - FOTOSESSİYA - VİDEO

Gürcüstanda 28 yaşlı azərbaycanlı güllələnib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 26 aprel 2014 10:04 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 08.00 radələrində baş verib.

Qətlə yetirilən şəxs rayon sakini 28 yaşlı Nazim Məmmədovdur. Şahidlərin bildirdiyinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Qətlə yetirilən Nazim Məmmədov bibisi qızı Ayşən Əli qızı Məmmədova ilə evli olub. Onlar sonradan boşanıb. Boşanandan sonra Nazim Məmmədov qohumu Elminaz Xalid qızı Həsənovanı qaçırıb. Bu isə Ayşən Məmmədovanın və Elminaz Həsənovanın valideynlərini hiddətləndirib. Bu gün səhər onun keçmiş qayınatası Əli Məmmədov və qaçırdığı qızın atası Xalid Həsənov Nazim Məmmədovun çalışdığı Marneuli bazarına gediblər. Şahidlər bildiriblər ki, Əli Məmmədov öncə Nazimin atası Nizami Məmmədovun bazarın içindəki mağazasına qumbara atıb, sonra bazarın qarşısındakı ərzaq dükanında çalışan Nazim Məmmədovu mağazasına girərək mağazanın içində onu güllələyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma aparılır, şahidlər dindirilir. Hadisəni törədən Əli Məmmədov və digər iştirakçılar isə qaçıblar.

Marneuli rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisənin təfərrüatları və onu törədən şəxslərin kimliyi bilinir və hadisənin necə törədilməsi dəqiqləşdirilir.

Mərhum Nazim Məmmədovun anası Ayna Məmmədova APA-ya açıqlamasında hadisənin ailə münaqişəsi zəminində baş verdiyini təsdiqləyib: “Nazimin birinci həyat yoldaşı Ayşən Əli qızı Məmmədovadan iki övladı-bir qızı və bir oğlu var. Nazim Ayşəni boşadıqdan sonra gedib, başqa bir qohumumuzun qızını - Elminaz Xalid qızı Həsənovanı qaçırıb. Hər iki qızın atası və digər ailə üzvləri bizə hədə-qorxu gəlirdilər. Bu gün səhər isə oğlumu mağazanın içində, kassanın arxasında güllə ilə vurub öldürüblər”.

Qeyd edək ki, Marneuli rayonunun Sabirkənd kənd sakini olan Əli Məmmədovun 9 il məhkumluq həyatı yaşadığı, həbsdən bu yaxınlarda azad olunduğunu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR