İranda 17 nəfər edam edilib

İranda 17 nəfər edam edilib
# 07 fevral 2014 10:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Hörmüzqan vilayətində iki nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar qətldə günahlandırılaraq dara çəkiliblər.

Onların ad və soyadları açıqlanmasa da, ancaq 29 və 35 yaşlarında olduqları bildirilir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 6-da səhər saatlarında Bəndərabbas şəhərinin həbsxanasında icra olunub.

Bundan əlavə, İranın Sistan və Bəluçistan vilayətində 15 nəfər edam edilib. Onlardan bəziləri siyasi məhbuslardır, bəziləri isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Onlardan yalnız bir nəfərin ad və soyadı açıqlanıb. Bu da Xosrov Bərahuyidir. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra fevralın 5-də səhər saatlarında Çabahar şəhərinin həbsxanasında icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR