TQDK orta ixtisas təhsil müəssisələrində qeydiyyatdan keçən abituriyentlərin sayını açıqlayıb

TQDK orta ixtisas təhsil müəssisələrində qeydiyyatdan keçən abituriyentlərin sayını açıqlayıb
# 19 sentyabr 2013 14:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üzrə qəbul olunduqları ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrində qeydiyyatdan keçən abituriyentlərin sayını açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 16-dan başlayan qeydiyyat prosesi bu gün saat 17:00-da başa çatıb.

Bu müddət ərzində tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmuş 663 abituriyentdən 545 nəfəri, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan 1884 nəfərdən 1462 nəfəri qeydiyyatdan keçib.

Qeyd edək ki, TQDK-nın yaydığı məlumatda müvafiq vaxt ərzində qeydiyyatdan keçməməyin abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcəyi və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR