Dünəndən yağan güclü leysan yağışlar Marneulidə fəsadlar törədib - FOTOSESSİYA

Dünəndən yağan güclü leysan yağışlar Marneulidə fəsadlar törədib - <span style="color: red;">FOTOSESSİYA
# 22 aprel 2014 19:53 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Dünən gecədən başlayan güclü yağış azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində fəsadlar törədib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, güclü leysan yağışların güclənməsi nəticəsində küçələrə və evlərə, həyətyanı sahələrə su dolub, əkin sahələri sel suları altında qalıb, avtomobillərin hərəkəti çətinləşib. Daha acınacaqlı vəziyyət Marneuli şəhərindəki Çolakaşvili küçəsində yaranıb. Burada yaşayan sakinlər yaşadıqları binaya daxil olmaq üçün rezin çəkmələr geyməyə məcbur olublar. Küçədə yerləşən binanın sakinləri Marneuli rayon icra hakimiyyəti başçısına küçəyə asfalt və kanalizasiya xətti çəkmək üçün kollektiv şəkildə ərizə ilə müraciət ediblər. Rayon rəhbərliyindən bildirilib ki, yaxın vaxtlarda küçəyə asfalt örtüyü çəkiləcək.

Qeyd edək ki, Gürcüstanın sinoptikləri yağışların aprelin sonunadək davam edəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR