Ağdaşda beşotaqlı ev tamamilə yanıb, 81 yaşlı qadın xilas edilib

Ağdaşda beşotaqlı ev tamamilə yanıb, 81 yaşlı qadın xilas edilib
# 05 fevral 2014 21:03 (UTC +04:00)

APA-nın məlumatına görə hadisə fevralın 5-də axşam saat 21:30 radələrində Ağdaş şəhərindən 42 kilometr aralıda yerləşən Pirəzə kəndində qeydə alınıb.

Kənd sakini 1933-cü il təvəllüdlü Kazımova Konfet Davud qızına məxsus ümumi sahəsi 150 kvadratmetr olan 5 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı bütün otaqlar və evdəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Hadisə zamanı evdə qalan 81 yaşlı K. Kazımova xilas edilib, xəsarət alan olmayıb. İlkin ehtimala görə yanğının elektrik naqillərində qısa qapanma səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR