Sergey Lavrov: “Rusiya Ukraynanın daxili işlərinə qarışmaq niyyətində deyil”

Sergey Lavrov: “Rusiya Ukraynanın daxili işlərinə qarışmaq niyyətində deyil”
# 25 fevral 2014 10:24 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrov bildirib ki, Moskvanın Ukraynanın daxili işlərinə müdaxilə etməmək qərarı qətidir: “Ümid edirik ki, hər kəs bu məntiqlə hərəkət edəcək. Ukraynadakı durumun sabitləşməsi üçün milli dialoqun tələb olunduğu mərhələdə birtərəfli həll yoluna cəhd olunmayacağına və durumun hüquqi müstəviyə qayıdacağına ümid edirik”.

S. Lavrov bildirib ki, Moskva Ukraynaya kömək etməzdən əvvəl ölkənin gələcək hökumətinin tərkibini və proqramını bilməlidir: “Biz bilmək istəyirik ki, Ukraynanın bu günlərdə formalaşan yeni hökumətində kimlər yer alacaq, yeni hökumətin proqramı necə olacaq”.

Onun sözlərinə görə, hazırda Ukraynada iqtisadiyyatının bərpası və inkişafı üçün normal şərait yaratmaq lazımdır: “Bu isə asayişin və milli barışığın bərpa olunmasını tələb edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR