Tayvanda 35 tonluq yük avtomobili prezident administrasiyasının binasına çırpılıb

Tayvanda 35 tonluq yük avtomobili prezident administrasiyasının binasına çırpılıb
# 25 yanvar 2014 07:22 (UTC +04:00)

Bakı – APA. Tayvanda prezident administrasiyasının binasına 35 tonluq yük avtomobili çırpılıb.

APA – nın məlumatına görə, bu barədə “Frans Press” yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb.

Hadisə zamanı prezident Ma İnszyu administrasiyada olmayıb. O hazırda Afrika ölkələrinin birində səfərdədir.

Xəsarət alan yük maşının sürücüsü xəstəxanaya yerləşdirilib. İlkin versiyaya görə, sürücü qəsdən maşını prezident admistrasiyasının binasına doğru sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR