Əlində qumbara alışdırıcısı partlayan Göyçay sakininin iki barmağı amputasiya edilib

Əlində qumbara alışdırıcısı partlayan Göyçay sakininin iki barmağı amputasiya edilib
# 28 aprel 2014 10:16 (UTC +04:00)

Göyçay rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 27-də Göyçay şəhərində qeydə alınıb. Şəhər sakini Ramil Qasımovun ehtiyatsızlığı nəticəsində əlində qumbara alışdırıcısı partlayıb. Nəticədə R. Qasımovun sol əlinin 2 barmağı amputasiya edilib.

Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı 1 ədəd qumbara aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR