Geologiya İnstitutunun elmi nəticələri Parisdə keçirilmiş beynəlxalq konfransda sərgilənib

Geologiya İnstitutunun elmi nəticələri Parisdə keçirilmiş beynəlxalq konfransda sərgilənib
# 04 sentyabr 2013 13:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Parisdə geomorfologiya üzrə VIII beynəlxalq konfrans keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbirdə Geologiya İnstitutunun doktorantı Tofiq Rəşidov da iştirak edib. Beynəlxalq Geomorfologiya Assosiasiyası və Fransa Geomorfologiya Qrupu tərəfindən təşkil olunmuş konfransa Şimali və Cənubi Amerika, Avropa, Asiya, o cümlədən, MDB-ni təmsil edən mindən çox alim və mütəxəssis qatılıb.

Tədbirdə 26 tədqiqat istiqaməti üzrə 500-dən çox elmi məruzə dinlənilib və 200-dən çox stend nümayiş etdirilib. T.Rəşidov Geologiya İnstitutunun palçıq vulkanları və onlarla əlaqəli təhlükəli təbiət hadisələrinə dair elmi-tədqiqat işlərini sərgiləyib. İnstitutun elmi nəticələri böyük marağa səbəb olub. Gənc alim dünyanın məşhur elmi nəşr redaksiyalarından olan “Springer”, “Cambridge University Press” və “Wiley”in nümayəndələri ilə tanışlıq əldə edib, əməkdaşlıq barədə danışıqlar aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR