İranda qaz ixracatçıları ölkələri nazirlərinin görüşü keçiriləcək

İranda qaz ixracatçıları ölkələri nazirlərinin görüşü keçiriləcək
# 29 oktyabr 2013 15:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Noyabrın 3-də Tehranda (İran) Qaz İxracatçıları Ölkələri Forumunun XV nazirlər görüşü keçiriləcək. «APA-Economics»in məlumatına görə, görüş zamanı bir sıra maliyyə və inzibatı məsələlər, həmçinin qurumun 2014-cü il üçün büdcəsinin layihəsi müzakirə olunacaq. Bundan başqa, qurumun yeni baş katibi seçiləcək.

Artıq İran Forumun baş katibi vəzifəsinə öz namizədi - Seyid Məhəmməd Hüseyn Adilini irəli sürüb. Bunu İran KİV-ləri ölkənin neft naziri Bijan Namdar Zənqaniyə istinadən yazıblar. Qaz İxracatçıları Ölkələri Forumunun ikinci sammiti isə gələn ilin iyul ayında Moskvada keçiriləcək.

Qeyd edək ki, bu forum dünyanın aparıcı qaz istehsal edən ölkələrin qeyri-hökumət təşkilatları səviyyəsində təşkil olunan forumdur. Forum 12 tamhüquqlu və 3 müşahidəçi qismində qatılan ölkələri birləşdirir. Belə ki, forumun tamhüquqlu üzvlərinə dünyada hasil olunan qazın həcminin 42%-i, qaz yataqlarının 70%-i, qaz boru kəmərlərinin nəqlinin 38%-i düşür. Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Oman, Qətər, Rusiya, Trinidad və Tobaqo, həmçinin Venesuela qurumun tamhüquqlu üzvüdür, Qazaxıstan, İraq, Hollandiya və Norveç isə müşahidəçi qismində çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR