Ukrayna ombudsmanı: “İndiyədək 50-yə yaxın adam həlak olub, lakin məlumat var ki, ölənlərin sayı daha çoxdur” - FOTOSESSİYA - VİDEO

Ukrayna ombudsmanı: “İndiyədək 50-yə yaxın adam həlak olub, lakin məlumat var ki, ölənlərin sayı daha çoxdur” - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 fevral 2014 15:32 (UTC +04:00)

Bakı – APA. Ukrayna Ali Radasının insan haqları üzrə müvəkkili (ombudsman) Valeriya Lutkovskaya Kiyevdə baş verən toqquşmalarda təxminən 50 nəfərin öldüyünü bildirib. APA-nın “RBK Ukraina” saytına istinadən verdiyi məlumata görə, V. Lutkovskaya paytaxt Kiyevin və digər Ukrayna şəhərlərinin küçələrində son günlər dəhşətli faciənin yaşandığını söyləyib: “Bu günə olan informasiyaya əsasən 50-yə yaxın adam həlak olub, lakin məlumat var ki, ölənlərin sayı daha çoxdur. Yüzlərlə adam xəstəxanalara yerləşdirilib”.

V. Lutkovskaya onu da deyib ki, hüquq-mühafizə orqanlarının kütləvi iğtişaşların qarşısını almaq üçün odlu silahdan istifadə etmək hüququ yoxdur: “Heç bir beynəlxalq standart hüquq-mühafizə orqanlarına kütləvi iğtişaşların qarşısını almaq üçün atəş açmaq hüququ vermir. Əksinə, beynəlxalq sənədlər güc tətbiqi zamanı dəyəcək zərərin minimallaşdırılmasını nəzərdə tutur. Bunun əksi cinayətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR