Volqoqraddakı azərbaycanlılar terror nəticəsində yaralanan şəxslər üçün qan veriblər

Volqoqraddakı azərbaycanlılar terror nəticəsində yaralanan şəxslər üçün qan veriblər
# 22 oktyabr 2013 10:39 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Rusiyanın Volqoqrad vilayətindəki Azərbaycan diasporunun nümayəndələri oktyabrın 21-də bu şəhərdə sərnişin avtobusunun partladılması nəticəsində yaralanan şəxslər üçün qan veriblər. Bunu APA-ya Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad şöbəsinin İdarə Heyətinin sədri Teymur Həsənov deyib. O, hadisə zamanı zərər çəkən azərbaycanlı Nail Əliyevə baş çəkəcəklərini də söyləyib: “Bizə dedilər ki, onun vəziyyəti orta ağırdır. Həkimlər icazə versə, biz bu gün ona baş çəkəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR