Zaqatala Müəllimlər İnstitutunun həyətində boynu və biləyi doğranmış kişi meyiti tapılıb - FOTO - VİDEO

Zaqatala Müəllimlər İnstitutunun həyətində boynu və biləyi doğranmış kişi meyiti tapılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2013 11:35 (UTC +04:00)

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, meyit bu gün səhər saatlarında aşkarlanıb. Əraziyə polis və prokurorluq əməkdaşları çıxıb. Araşdırmalar zamanı meyiti tapılan şəxsin Zaqatala sakini, 1986-cı il təvəllüdlü Hafiz Muxtar oğlu Şahmalıyev olduğu müəyyənləşib.

Meyitə ilkin baxış keçirilərkən onun sağ boyun və sol bilək nahiyəsində kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib. Hadisə yerinin müayinəsi zamanı meyitin yanından ülgüc də aşkar edilərək götürülüb.

İlkin versiyaya görə, H. Şahmalıyev intihar edib. Onun ülgüclə özünü doğradığı ehtimal edilir. Ölümün dəqiq səbəbləri isə ekspertizanın nəticələri açıqlanandan sonra məlum olacaq.

Polisdən həmçinin bildirilib ki, H. Şahmalıyev bir müddət əvvəl də intihara cəhd edib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR