Azad Rəhimov Vyetnamın mədəniyyət, idman və turizm naziri ilə görüşüb - FOTO

Azad Rəhimov Vyetnamın mədəniyyət, idman və turizm naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 02 iyul 2014 14:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gənclər və idman naziri Azad Rəhimov Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoang Tuan Ahnın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın xəbərinə görə, A. Rəhimov Azərbaycanla Vyetnam arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin mövcud olduğunu deyib. O bildirib ki, Azərbaycanda idman sahəsi sürətlə inkişaf edib, bir çox uğurlar əldə olunub: “Ölkəmiz beynəlxalq idman yarışlarına ev sahibliyi edir və burada dünya ölkələri ilə yanaşı, Vyetnamın da idmançıları iştirak edir. Azərbaycan balaca ölkədir, amma buna baxmayaraq, bir çox idman növlərində - güləş, boks və s. böyük uğurlar qazanır. İdmanın müxtəlif sahələri üzrə dünyanın müxtəlif ölkələr, o cümlədən Vyetnamla hər zaman əməkdaşlıq etməyə, təcrübəni bölüşməyə, əlaqələri genişləndirməyə hazırıq”.

Nazir Vyetnam idmançılarını Azərbaycandakı olimpiya mərkəzlərində treninqdən keçməyə, bundan sonra da müxtəlif idman yarışlarında iştirak etməyə dəvət edib.

Vyetnamın mədəniyyət, idman və turizm naziri Hoang Tuan Ahn isə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını bildirib, nazirin dəvətlərini yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR