Gəncədə baş verən ağır yol qəzasında 1 qadın ölüb, 2-si azyaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO - VİDEO

Gəncədə baş verən ağır yol qəzasında 1 qadın ölüb, 2-si azyaşlı uşaq olmaqla 5 nəfər xəsarət alıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 noyabr 2013 20:29 (UTC +04:00)

APA-nın qərb bürounun verdiyi məlumata görə, hadisə noyabrın 5-də saat 20.30 radələrində, şəhərin Heydər Əliyev prozpekti ilə Adilxan Ziyadxanlı küşəsinin kəsişməsində baş verib. Gəncə şəhər sakini 34 yaşlı Alim Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Heydər Əliyev prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən əks tərəfdən gələn Ələkbər Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə toqquşub.

Qəza zamanı “VAZ 2107” –nin sürücüsü Alim Hüseynovun həyat yoldaşı Günel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib, sürücünün özü və az yaşlı uşaqları 4 yaşlı Rüzigar Əliyev və 3 yaşlı Şövkət Əliyeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasının tramatalogiya şöbəsinə yerləşdilrilib.

Xəstəxandan verilən məlumta görə, Alim Əliyevın vəziyyəti ağır olaraq qalır. Bundan başqa “Mercedes”də olan sürücü Ələkbər Əliyev və sərnişini Etibar Hüseynov yüngül bədən xəsarətləri alıb.

Gəncə Şəhər Baş polis İdarəsinin müstəntiqi Əli Əhmədovun sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub.

Faktla bağlı araşdırma aparılır.

**** 21.57

Gəncə. Azər Məmmədli-APA. Bu gün Gəncənin mərkəzində baş verən ağır yol nəqliyyat hadisəsi nəticəsində 1 qadın ölüb, 2-i uşaq olmaqla 5 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə saat 21.30 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Adilxan Ziyadxanlı küçəsi ilə kəsişməsində baş verib.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobillə “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2107”-də olan qadın sərnişin həlak olub, 2 uşaq və sürücü isə Gəncə şəhər Tibbi yardım xəstəxanasına yerləşdirilib. “Mercedes” markalı avtomobildə olan 2 nəfər şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəza nəticəsində ölən və yaralanan şəxslərin şəxsiyyəti dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR