Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimatı keçirilib

Xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimatı keçirilib
# 24 sentyabr 2013 14:16 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. III Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası çərçivəsində xalq şairi Zəlimxan Yaqubun 13 cildlik külliyyatının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, təqdimat mərasimində iştirak edən ədəbiyyat və incəsənət nümayəndələri, oxucular Zəlimxan Yaqubla görüşüb, şairdən imzalı kitablar alıblar.

Çoxcildliyin tərtibçisi və redaktoru Musa Nəbioğlu şairin yaradıcılığı haqqında çıxış edib, külliyyat haqqında oxuculara məlumat verib. Tədbirdə əməkdar artist Ağalar Bayramov Zəlimxan Yaqubun şeirlərini oxuyub.

Qeyd edək ki, xalq şairinin 13 cildlik külliyyatının I-VII cildlərində şeirlər, VII-XI cildlərdə isə müxtəlif illərdə yazılmış 40 poema yer alıb. Külliyyatın XII-XIII cildlərində Zəlimxan Yaqubun ictimai-siyasi və dövlət xadimlərinə məktubları, rəsmi dövlət tədbirlərindəki çıxışları, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr, görkəmli ədəbiyyat və sənət adamlarına açıq məktubları, onlar haqqında xatirələri, ayrı-ayrı müəlliflərin kitablarına yazdığı ön söz və rəylər, aşıq sənəti ilə bağlı düşüncələri və s. yazıları çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR