Ermənistan Polisinin rəisi: “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa hazırıq”

Ermənistan Polisinin rəisi: “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlığa hazırıq”
# 04 oktyabr 2013 15:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Ermənistan narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”. APA-nın “Novosti-Armeniya” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Polisinin rəisi Vladimir Qasparyan deyib. “Kanal-Qafqaz” adlı narkotiklərə qarşı lokal əməliyyatın nəticələri haqda danışan V. Qasparyan bildirib ki, Ermənistanın gizli məsələləri yoxdur və cinayətin milli mənsubiyyəti olmur.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatın baş katibi Nikolay Bordyuja isə təşkilatın himayəsi altında keçirilən narkotiklərə qarşı əməliyyat-profilaktik xarakterli əməliyyatlarda təkcə KTMT üzvlərinin deyil, daha 22 ölkənin iştirak etdiyini söyləyib: “Bu əməliyyat çərçivəsində erməni və azərbaycanlı polislər normal əməkdaşlıq edirlər”.

Qeyd edək ki, “Kanal-Qafqaz” əməliyyatı Ermənistanda oktyabrın 1-dən 4-dək keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR