Azərbaycan onkoloji xəstəliklərdən ölüm göstəricilərinə MDB ölkələri arasında 3-4-cü yeri tutur

Azərbaycan onkoloji xəstəliklərdən ölüm göstəricilərinə MDB ölkələri arasında 3-4-cü yeri tutur
# 29 noyabr 2013 08:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Son statistik məlumatlara görə, Azərbaycan onkoloji xəstəliklər və xəstələrin sayına görə dünyada orta yerdədir.

APA-nın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov jurnalistlərə açıqlamasında deyib ki, bu sahədə qeydə alınan göstəricilər bütün ölkələrdən nə yüksək, nə də aşağıdır. Onun sözlərinə görə, Azərbaycanda onkoloji xəstələnmə göstəriciləri MDB məkanına nisbətən aşağı yerdədir: “Amma onkoloji xəstəliklərdən ölüm göstəricilərinə gəldikdə, Azərbaycan MDB ölkələri arasında 3-4, bəzən isə 2-ci yeri tutur. Son illər Azərbaycanda onkologiya sahəsinə böyük diqqət yetirilir. Prezidentin sərəncamları ilə maddi-texniki baza və kadr potensialı cəhətdən son dərəcə geniş imkanlara malik olan onkoloji mərkəz qurulub və müasir avadanlıqla təmin olunub. Kadr potensialının genişləndirilməsi baxımından da ciddi işlər görülür. Bakıda fəaliyyət göstərən digər klinika isə Azərbaycan Tibb Universitetinin Onkologiya Mərkəzidir. Bu mərkəz nisbətən bir az kiçikdir və cəmi 100 çarpayısı var. Amma burada da xəstələrin optimal müalicəsi bütün şərait yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR