Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb

Bakıda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanıb
# 23 mart 2015 09:09 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, Bakıda “Astoriya” Tibb Mərkəzində doğuş zamanı ana ölümü faktının baş verməsi ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

E. Sultanovun sözlərinə görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. İş üzrə zəruri istintaq tədbirləri aparılır

Qeyd edək ki, martın 20-də Yasamal rayonunda yerləşən “Astoriya” Tibb Mərkəzində 1986-cı il təvəllüdlü İlahə Musazadə təbii doğuşdan sonra dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR