Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verəcək

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verəcək
# 17 iyul 2014 07:32 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Rusiyanın ABŞ-ın addımlarını təkrarlamayacağını deyən S.Ryabkov bununla belə Moskvanın qəbul edəcəyi qərarların ABŞ-a mənfi təsir edəcəyini vurğulayıb.

“Vaşinqtonda anlamalıdırlar ki, bu cür addımlar təkcə Rusiya ilə əməkdaşlığa deyil, ABŞ-ın özünün xarici iqtisadi-siyasi maraqlarına mənfi təsir göstərəcək”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR