Gəncədə oğul atasının avtomobili oğurlayıb

Gəncədə oğul atasının avtomobili oğurlayıb
# 24 oktyabr 2014 10:34 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 23-də saat 05:00 radələrində Gəncə şəhərinin Dədə Qorqud küçəsindən Oqtay Məmmədova məxsus içərisində 4000 manat olan “Maxima” markalı avtomobil qaçırılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə avtomobili idarə edən sürücü Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən tabeçilik göstərməyərək hərəkəti davam etdirib və görülmüş tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində saxlanılıb. Avtomobilin O.Məmmədovun oğlu Samir tərəfindən idarə edilməsi və onun sərxoş halda olması müəyyən edilib.

Avtomobilə baxış zamanı 2000 manat, sənədlər, müvafiq sənədləri olan ov tüfəngi, 14 ədəd patron, 4 ədəd giliz, habelə başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanları götürülüb.

Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR